Qubada "Azərişıq" ASC-nin qəzaya uğrayan maşınında ölən və yarlananların adları - SİYAHI


Digərləri 18 Sen 2019 14:25:00 202 0

Qubada "Azərişıq" ASC-nin qəzaya uğrayan maşınında ölən və yarlananların adları - SİYAHI

Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Bakı. Samir Əli - Quba rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobilin qəzaya uğraması nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub. Trend-in məlumatına görə, hadisə nəticəsində "Azərişıq" ASC-nin əməkdaşları Zahid Qurbanov və Namiq Rüstəmov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər əməkdaşlar - Sumqayıt şəhər sakinləri, 1992-ci il təvəllüdlü Abdullayev Saleh Abuzər oğlu və 1984-cü il təvəllüdlü Rəsulov İlkin Mahir oğlu ağır bədən xəsarətləri ilə Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan Trend-ə verilən məlumata görə, S.Abdullayevə sol bazu və sağ baldır sümüklərinin sınığı diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.