Bakıda nəvə babasının evindən 15 min manatlıq qızıl oğurladı


Kriminal 18 Sen 2019 14:01:00 228 0

Bakıda nəvə babasının evindən 15 min manatlıq qızıl oğurladı

Bakıda evdən pul və qızıl oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən məlumat görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.