Ölkədə 622 min 689 hektar sahədə payızlıq əkin üçün şum aparılıb


Digərləri 18 Sen 2019 14:07:00 188 0

Ölkədə 622 min 689 hektar sahədə payızlıq əkin üçün şum aparılıb

Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir.

Bakı. Samir Əli - Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun Trend-ə verdiyi məlumata görə, ümumilikdə bu il 1 047 136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır: "Sentyabrın 18-dək 622689 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 196 493 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 59,5 faizi şumlanıb.