Bu kəndlərdə də səyyar gübrə satışı keçirildi - SİYAHI


Digərləri 18 Sen 2019 13:53:00 232 0

Bu kəndlərdə də səyyar gübrə satışı keçirildi - SİYAHI

“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin satışına başlanılıb.

Bakı. Samir Əli - Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Bu barədə Trend-ə "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır: "lk səyyar satış sentyabr ayının 10-da Şəmkirin ucqar dağ kəndi olan Ələsgərli kəndində başlayıb. Daha sonra, Yeni Göyçə, Çənlibel, Gədəbəyin Saratovka, Samuxun Poylu kəndində səyyar satış xidmətləri təşkil edilib. Sentyabrın 17-də səyyar satış xidməti iki istiqamətdə Qobustanın Sündü, Şəkinin Qayabaşı kəndlərində baş tutub. Qobustanda baş tutan səyyar satışdan 9 kənd (Calov, Cəmcəmli, Cəyirli, Mərəzə, Nabur, Nərimankənd, Sundu, Təsi və Xilmilli) üzrə 46 vətəndaş, Şəkidə isə 4 kənd (Qayabaşı, Sarca, Bolludərə və Turan) üzrə isə 48 vətəndaş yararlanıb. Bu gün keçirilən səyyar satışlar Şəki rayonunun Kiçik Dəhnə və Şamaxının Ovculu kəndində satış həyata keçirilir".