Tanınmış aparıcıdan şəhid atası haqqında kövrək paylaşım FOTO
Digərləri 18 Sen 2019 13:02:00 289 0
İTV-nin aparıcısı Alidə Mustafayevanın son paylaşımı kədərləndirib.
Son.az ölkə.az-a istinadən bildirir ki, aparıcı şəhid atası ilə olan fotosunu sosial şəbəkə hesabından paylaşaraq bu sözləri əlavə edib:
"Həmişə İçəri Şəhərə gələndə bu dayıdan limon alırdım, amma bu gün onunla bir az yaxından tanış olmaq istədim. Sən demə, Şirnəli dayı şəhid atası imiş...Ürəyim parçalandı bunu eşidəndə. Oğlu 1997-ci ildə Murov istiqamətində şəhid olub. Özü isə lənkəranlıdır. Allah bütün şəhidlərə rəhmət eləsin! Belə zəhmətkeş insanlara isə uzun ömür, cansağlığı versin".
Mənbə: milli.az