Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib


Digərləri 18 Sen 2019 13:08:00 211 0

Xoşbəxt Yusifzadə: AÇG istifadəyə veriləndən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib

Azərbaycanın böyük neft ehtiyatları mövcuddur

Bakı. Elçin Mehdiyev - Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılamsı ilə bağlı işlər davam etdilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Birinci Vitse-Prezidenti, akademik Xoşbəxt Yusifzadə Yeni Azərbaycan Partiyasında “Əsin Müqaviləsi: Azərbaycanın yüksəlişinin möhtəşəm təməli” mövzusunda keçirilən dəyirmi masada deyib. X.Yusifzadə bildirib ki, bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var. Onun sözlərinə görə, bu günə qədər Azərbaycan xarici bazarlara 554 mln. ton neft çıxarıb. X.Yusifzadə bildirib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇQ) yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib.