"Bunu çoxuna mən öyrətdim, belə deyildi"


Şou-biznes 18 Sen 2019 12:35:00 205 0

"Bunu çoxuna mən öyrətdim, belə deyildi"

Zamiq səhnəyə nə gətirdi?

Son.az xəbər verir ki, bu sualla aparıcı Zaur Kamal "5/5"də efirlərdə son zamanlar az-az görünən Zamiq Hüseynova müraciət edib.

Sənətçi suala cəsarətli açıqlaması ilə diqqət çəkib:

"Mənə bu barədə danışmaq çətindir. Amma yaxşı geyindim səhnədə, çox geyimlərimə söz atdılar, danışdılar. Ondan sonra danışan insanlar özləri də belə geyinməyə başladılar. Saqqalı da mən gətirdim, hə. Mən səbr elədim, dostlarıma da məsləhət gördüm ki, kimsə sənin haqqında danışırsa, kimsə sənə söz atırsa efirdə, onlara cavab vermə. Bir çox sənətçinin küsülü olub, səhnədə bir-birlərini təqdim etməməyinə mən qarşı çıxdım. Bir çoxuna mən öyrətdim ki, bir tədbirdə oluruqsa, bizim borcumuzdur ki, sevmədiyimiz sənətçini belə yüksək təqdim etmək. Bu, mənə qədər belə deyildi".