"Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artıb" Deputat


Digərləri 18 Sen 2019 12:38:56 224 0

"Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artıb"  Deputat

Məktəblərdə şagirdlər arasında skolioz və kifoz xəstəliklərinin sayı artmağa başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, bu xəstəliklərin əməliyyatlarının qiymətləri da çox bahadır və müalicə üçün çox zaman əməliyyatların həyata keçirilməsi zərurəti yaranır.

Q.Paşayeva deyib ki, anemiyadan əziyyət çəkən insanların sayının artması insanların sağlamlığı üçün təhdiddir. Buna görə də bu məsələnin həllinə nail olmaq lazımdır.