Gələn il dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsait arta bilər


Digərləri 18 Sen 2019 12:19:00 203 0

Gələn il dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsait arta bilər

Gələn ildən Azərbaycanda dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsaitin xeyli artacağı gözlənilir.

Bakı. İlhamə İsabalayeva – Gələn ildən Azərbaycanda dövlət büdcəsindən icbari tibbi sığorta sisteminə ayrılan vəsaitin xeyli artacağı gözlənilir. Trend-in məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə sədri Əhliman Əmiraslanov deyib. Ə.Əmiraslanov bildirib ki, bu il dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı icbari tibbi sığortaya ayrılan məsələyə daha ciddi diqqət yetiriləcək, çünki dövlət maliyyə təminatının böyük hissəsini öz üzərinə götürüb.