Bakıda nəvə babasının evini yardı, qızılları apardı


Digərləri 18 Sen 2019 12:14:33 189 0

Bakıda nəvə babasının evini yardı, qızılları apardı

Bakıda nəvə babasının evindən oğurluq edib.

Bakı. Samir Əli - Bakıda nəvə babasının evindən oğurluq edib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumat görə, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.