Xəzərdə 3 otaqlı ev yanıb


Digərləri 18 Sen 2019 11:31:56 170 0

Xəzərdə 3 otaqlı ev yanıb

Xəzər rayonunda yanğın hadisəsi baş verib.

Bakı. Xəzər rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə, dam örtüyü 60 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.