Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər


Digərləri 18 Sen 2019 11:12:00 205 0

Hindistanda "buynuzlu" şəxsi əməliyyat etdilər

Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib.

Bakı. Hindistanda qeyri-adi cərrahiyyə əməliyyatı edilib. Trend-in məlumatına görə, Madxya-Pradeş şatının Saqar şəhərində pasiyentin başından çıxmış buynuz kəsilib. "Şeytan buynuzu" adlandırılan bu törəmənin 10 santimetrdən böyük olduğu qeyd edilir. Həmin şəxsin sözlərinə görə, öncə şiş o qədər də böyük olmayıb, daha sonra böyüyərək ona narahatlıq yaradıb. Ona görə də o, həkimə müraciət edərək "buynuz"dan xilas olmağa qərar verib.