"Qardaşlar mebel"in təsisçisi, gənc sahibkar Əli Mirzəyev – MÜSAHİBƏ


Digərləri 18 Sen 2019 11:00:00 208 0

"Qardaşlar mebel"in təsisçisi, gənc sahibkar Əli Mirzəyev – MÜSAHİBƏ

Trend "Qardaşlar mebel"in təsisçisi, gənc sahibkar Əli Mirzəyevlə müsahibəni təqdim edir

Bakı. Trend "Qardaşlar mebel"in təsisçisi, gənc sahibkar Əli Mirzəyevlə müsahibəni təqdim edir. - Qeyri-neft sektorunun inkişafı bir sahibkar kimi sizin işinizə necə təsir edir? - Qeyri-neft sektorunun inkişafına ayrılan xüsusi diqqət, iqtisadiyyatın şaxələndirilməsi, yerli istehsal həcminin və ixrac dövriyyəsinin daha da artırılması, idxaldan asılılığın aradan qaldırılması ilə bağlı görülən bütün işlər ölkə rəhbərinin uğurlu islahatlarının tərkib hissəsidir. İqtisadiyyatın bütün sahələrinin inkişafı üçün atılan məqsədyönlü addımlar biz sahibkarları sevindirir, yeni-yeni layihələrə investisiya qoyulması və yeni iş yerlərinin yaradılması üçün təşviq edir. ölkəmizdə mebel sənayesinin kifayət qədər inkişaf etdiyini, çox keyfiyyətli mebel məhsullarının istehsal olunduğunu vurğulaya bilərəm. - Əli müəllim, təsisçisi olduğunuz “Qardaşlar Mebel”in fəaliyyəti barədə nə deyə bilərsiniz? - Mebel istehsalı və satışı ilə məşğul olan “Qardaşlar mebel” fabriki 2015-ci ildən etibarən fəaliyyət göstərir. İki hektar ərazisi olan fabrik hazırda Azərbaycanın ən böyük və ən müasir mebel istehsalçılarından biridir. Daimi olaraq 100 nəfərdən artıq işçisi olan “Qardaşlar mebel”öz işçilərinin peşəkarlıq səviyyəsinin artırılmasına hər zaman böyük diqqət göstərir. Fabrikin əməkdaşları dünyanın bir çox qabaqcıl ölkələrində keçirilən sərgilərdə iştirak edərək, həm mebel istehsalı sahəsində baş verən yeniliklər və ən son texnoloji avadanlıqlarla tanış olur, həm də yeni müştərilər və partnyorlar qazanırlar. - Mebellərin keyfiyyəti və zəmanəti müştəriləri ən çox maraqlandıran məsələlərdəndir. “Qardaşlar Mebel” buna nə qədər önəm verir? - “Qardaşlar mebel” çox qısa zamanda istehsal keyfiyyətini və müştərilərə göstərilən xidmətin səviyyəsini beynəlxalq standartlara uyğun təşkil edə bilmişdir. Belə ki, fabrikin istehsal keyfiyyəti və idarəetmə sistemi İSO 9001: 2008 və İSO 9001: 2015 beynəlxalq sertifikatlara layiq görülümşdür. “Qardaşlar mebel”in bütün avadanlıqları müasir Avropa standartlarına uyğundur. Belə ki, avadanlıqların 80 faizi İtaliyanın dünyaca məşhur “GRİGGİO WoodworkingMachinery” şirkətindən alınmış, digər avadanlıqlar isə Türkiyənin “Durmazlar Makina”, “Reha Makina”, “Teksan makina”, “Sağlam Makina”, “Tempoaksesuar”, “Etiket Atölyesi” və “FetaEğitimAraçlarıMerkezi” kimi iri şirkətlərə aiddir. Qeyd edək ki, “Reha Makina” İngiltərənin RangeRover və Jaguar avtomobil brendləri ilə yaxından əməkdaşlıq edir. Mebel dəstlərinin istehsalı zamanı çox keyfiyyətli ağac materiallarından, metal hissələrdən, mexanizmlərdən, boyalardan, dəri və parça üzlüklərdən, döşəklərdən istifadə olunur. Fabrikin tərkibində bir neçə iri istehsal korpusu fəaliyyət göstərir. Fabrikdə ofis, ev və bağ mebelləri ilə yanaşı, məktəb mebelləri, hərbi mebellər, səhiyyə mebelləri və bütün növ dəmir mebellər də istehsal olunur. Mebel dəstlərinin yüksək keyfiyyətlə hazırlanmasına, vaxtında çatdırılmasına və tam məsuliyyətlə quraşdırılmasına təminat verilir. Fabrikə məxsus olan yük maşınları məhsulların güvənilir və təhlükəsiz qaydada çatdırılması sahəsində kifayət qədər təcrübəlidirlər. Odur ki, istehsal etdiyimiz istənilən malın keyfiyyətinə uzun müddətli zəmanətlər veririk.