3 qadın güləşçimiz dünya çempionatına qələbə ilə başladı


Digərləri 18 Sen 2019 10:47:00 262 0

3 qadın güləşçimiz dünya çempionatına qələbə ilə başladı

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

Bakı. Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Trend-in məlumatına görə, Azərbaycanı təmsil edən qadın güləşçi Alyona Kolesnik ilk görüşünü keçirib. 24 yaşlı idmançı (57 kq) təsnifat mərhələsində ukraynalı İrina Çixradze ilə qarşılaşıb. Görüş Kolesnikin vaxtından əvvəl təmiz qələbəsi (5:0) ilə başa çatıb. Güləşçinin 1/8 finaldakı rəqibi KXDR təmsilçisi İn Sun Yonq olacaq. Tatyana Omelçenko da ilk görüşünə cəmi 1 dəqiqə 57 saniyə sərf edib. Yığma üzvü Yeni Zelandiyadan olan rəqibini “tuşe” ilə məyus edib.