Ata həbsdə yatan oğluna sarımsaq gətirdi, içərisindən heroin çıxdı (FOTO)


Digərləri 18 Sen 2019 10:29:31 289 0

Ata həbsdə yatan oğluna sarımsaq gətirdi, içərisindən heroin çıxdı (FOTO)

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Bakı. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik keçirilməsi cəhdlərinin qarşısı alınıb. Penitensiar Xidmətdən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən təqsirli bilinərək həbs edilmiş şəxs Allahverdiyev Ceyhun Yusib oğluna atası Bakı şəhər sakini Allahverdiyev Yusib Baba oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sarımsaq olan paketin içərisində gizlədilmiş sellofan bükülülərdə 0.275 qram narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.