Mahir Emrelinin evini qarət edən şəxslər saxlanıldılar


Kriminal 18 Sen 2019 09:54:00 292 0

Mahir Emrelinin evini qarət edən şəxslər saxlanıldılar

"Qarabağ" futbol klubunun hücumçusu Mahir Emrelinin evini qarət etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Mİlli.Az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Əməliyyat nəticəsində Qazax rayon sakinləri, əvvəllər məhkum edilmiş Nicat Vəliyev və Anar Mahmudov saxlanılıblar.

Xatırladaq ki, məşhur futbolçunun Sulutəpə qəsəbəsində yerləşən evindən 17 min manat, 20 min dollar, üç ədəd mobil telefon və beş min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.