“Səba” kərə yağına artan təlabat “Biləsuvar Aqro”nun istehsalını artırıb


Digərləri 18 Sen 2019 10:00:00 401 0

“Səba” kərə yağına artan təlabat “Biləsuvar Aqro”nun istehsalını artırıb

2019-cu ilin sonuna yaxınlaşarkən SƏBA qrupuna daxil olan "Biləsuvar Aqro" şirkətinin son üçillik fəaliyyətinin əsas statistikası açıqlanıb. Açıqlamada "Səba" kərə yağının istehsalçısı olan şirkətin builki istehsal, satış və vergi həcmində ötən illərə nisbətən əhəmiyyətli dinamik artımın olduğu bildirilir.

Qeyd edək ki, müxtəlif çeşiddə süd məhsulu emal edən "Biləsuvar Aqro" şirkəti xüsusilə "Səba" kərə yağına artan tələbatı nəzərə alaraq ilin əvvəlindən etibarən bir sıra süd təchizatçıları ilə əməkdaşlığını genişləndirib. Belə ki, Beyləqan Südçülük Fermer Təsərrüfatı MMC, Avanqard MMC, Muğan Aqro Fermer Təsərrüfatı MMC, Qara İnək Fermer Təsərrüfatı MMC, S.A.N.İ Kəndli Fermer Təsərrüfatı MMC, Türk Qida Sənaye MMC, Türyançay FT MMC və digər xammal tədarükçüləri ilə imzalanmış müqavilələrə əsasən müəssisənin süd alışı 2018-ci illə müqayisədə cari ilin sentyabrınadək təxminən 33,6% artaraq 6276 ton təşkil edib.

Bənzər inkişaf "Səba" kərə yağının satışında da müşahidə olunur. Rəqəmlərə əsasən, "Səba" kərə yağının satış həcmi ötən ilə nisbətən cari ilin müvafiq dövrünədək 43,3% daha artıq olub. 2017-ci illə müqayisədə isə bu göstərici daha da çoxdur - 87,1%. Bu da öz növbəsində 2018-ci ildə yerli yağ brendləri arasında "Ən yaxşı yağ" seçilən "Səba"-nın tələbatındakı artımın yüksələn dinamikasını bir daha sübut edir.