Ağstafada Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub


Digərləri 18 Sen 2019 09:51:45 261 0

Ağstafada Qarayazı Dövlət Təbiət Qoruğunda yanğın olub

Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib.

Bakı. Samir Əli - Ağstafa rayonunda meşədə yanğın hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayon ərazisində yerləşən Qarayazı Dövlət Təbiət Qoruğunun Poylu meşəbəyliyinin ərazisində baş verib. Yanğın 5 hektar ərazini əhatə edib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının qarşısını alıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, meşə ərazisindəki quru və yaş ağaclar yanıb.