Bakıda gənc oğlanın özünü körpüdən atması ilə bağlı cinayət işi başlandı


Digərləri 18 Sen 2019 09:41:00 212 0

Bakıda gənc oğlanın özünü körpüdən atması ilə bağlı cinayət işi başlandı

Bakıda gənc oğlanın intihara cəhd etməsilə bağlı cinayət işi başlanıb.

Bakı. Samir Əli - Bakıda gənc oğlanın intihara cəhd etməsilə bağlı cinayət işi başlanıb. Trend-in məlumatına görə, faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Xatırladaq ki, sentyabrın 17-də 2000-ci il təvəllüdlü Ələsgərov Orxan Firdovsi oğlu paytaxtın Nizami rayonu ərazisində, "Koroğlu" metrostansiyasının yanındakı körpüdən özünü ataraq intihara cəhd edib.