Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb
Digərləri 18 Sen 2019 09:29:00 220 0
Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.
Son.az xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib.
Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.
Mənbə: milli.az