Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb


Digərləri 18 Sen 2019 09:07:13 199 0

Aşura günü qan verən 169 nəfərdə virus aşkarlanıb

Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb.

Bakı. Samir Əli - Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanverən 169 nəfərdə virus aşkarlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, Aşura günü ilə əlaqədar keçirilən aksiyalarda 5 min 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub. 4 infeksiyaya görə Mərkəzi Qan Bankında aparılan müayinələr zamanı 169 nəfərdə virus aşkar olunub.