Saatlarla PUBG oynama səbəbindən iflic oldu


Digərləri 18 Sen 2019 08:41:00 242 0

Saatlarla PUBG oynama səbəbindən iflic oldu

Yayımlandıqdan qısa müddət sonra dünyanın ən çox oynanan oyunlarından biri olan PUBG, son zamanlarda səbəb olduğu hadisələrlə gündəmdədir. Bəzi ölkələrdə gənclərə mənfi təsir göstərdiyinə görə qadağan olunan oyun, indi bir tələbənin beyin iflicindən əziyyət çəkməsinə səbəb oldu.

Son.az chip.az-a istinadən bildirir ki, Hindistanın Telangana əyalətinin paytaxtı Haydarabadda yaşayan 19 yaşlı tələbə, sağ ayağını və sağ qolunu hərəkət edə bilməməsindən şikayət edərək xəstəxanaya yerləşdirilib. Daha sonra gəncin beyin iflici olduğu məlum olub. 19 yaşlı gəncdən alınan məlumata görə, PUBG oyundan həddindən çox asılı olduğu məlum olub. Gənci müayinə edən həkimlər ümumiyyətlə yaşlı insanlarda görülən tibbi vəziyyətlə qarşılaşıblar. Uşağın beynində qan laxtaları tapılıb.

Məlumata görə, 19 yaşlı tələbə gündə 10 saat müntəzəm olaraq yemədən və su içmədən PUBG oynayıb. Gənc, keçən ay bu asılılıq səbəbiylə təxminən 4 kilo da itirib.

Bu PUBG-nin uşaqlara mənfi təsirini göstərən yeganə hadisə deyil. Qeyd edək ki, ötən may ayında 16 yaşlı bir oğlan 6 saat PUBG oynadıqdan sonra infarktdan həyatını itirmişdi.

(adsgarden = window.adsgarden || []).push({});