Yeni iPhone 11 modellərinə tələbat gözləniləndən çoxdur


Digərləri 18 Sen 2019 08:35:00 234 0

Yeni iPhone 11 modellərinə tələbat gözləniləndən çoxdur

Apple yeni iPhone 11 modelləri üçün əvvəlcədən sifariş almağa davam edir. Yeni iPhone-ların sifariş vermə rəqəmləri gözləniləndən qat-qat yüksəkdir.

Son.az chip.az-a istinadən bildirir ki, Apple ötən cümə günü yeni iPhone-lar üçün əvvəlcədən sifariş almağa başladı. Apple analitiki Ming-Chi Kuo, cümə günü başlayan iPhone 11, iPhone 11 Pro və iPhone 11 Pro Max üçün əvvəlcədən sifarişlərin gözləntilərdən çox olduğunu bildirən bir hesabat yayıb.

Ming-Chi Kuo, hesabatında Apple-ın onlayn göndərmə təxminlərindən istifadə edib. Kuo,  eyni zamanda iPhone 11 və iPhone 11 Pro-a xüsusilə də yeni rəng seçimlərinə tələbatın güclü olduğunu bildirib.

Kuo-nun hesabatına görə ABŞ-da iPhone 11-dən daha bahalı olan iPhone 11 Pro-a daha çox tələbat var. Çin bazarında, iPhone 11 ön sifarişləri, iPhone 11 Pro-nu qabaqlayır. Kuo, sıfır faiz ödəmə planı və mübadilə proqramlarının yeni iPhone modellərinin satışını artırdığını söylədi.

TF Securities,  65-70 milyon yeni iPhone-nin satılacağını təxmin edir. Ancaq əvvəlcədən sifariş rəqəmləri gözləniləndən daha yüksək olduqdan sonra TF Securities də satış proqnozlarını artırdı.

(adsgarden = window.adsgarden || []).push({});