Bakıda taksi piyadanı vuraraq öldürüb FOTO


Digərləri 18 Sen 2019 08:28:00 262 0

Bakıda taksi piyadanı vuraraq öldürüb  FOTO

Bakının Nizami rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, təxminən 45-50 yaşlı kişi (hələlik şəxsiyyəti bilinmir) piyadalar üçün müəyyən edilməmiş hissədən yolu keçərkən onu taksi fəaliyyəti ilə məşğul olan sürücü 1979-cu il təvəllüdlü Mahmudov Seymur Eyyub oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Əraziyə Nizami Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücü S.Mahmudov saxlanılıb.