Azərbaycanda ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib (ÖZƏL)


Digərləri 18 Sen 2019 07:45:39 202 0

Azərbaycanda ötən il 545 körpəni yaşı 16 və daha az olan qadınlar dünyaya gətirib (ÖZƏL)

Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda ötən il 545 uşaq yaşı 16-dək və 16 yaşda olan qadınlar tərəfindən doğulub. Trend-in məlumata görə, 2018-ci ildə 97 uşaq yaşı 16-dək, 448 uşaq 16 yaşda olan qadınlar tərəfindən dünyaya gətirilib. 2018-ci ildə ölkədə 20 yaşadək qadınlar tərəfindən ümumilikdə 13246 uşaq doğulub. Son illər ərzində Azərbaycanda həm yaşı 16-dək olan, həm də 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı artıb. 2000-ci ildə 16 yaşa qədər qadınlar tərəfindən 24 uşaq,16 yaşda olan qadınlar tərəfindən 319 uşaq doğulub. Bu say sonrakı illərdə 2000-ci illə müqayisədə yalnız artmağa doğru dəyişib.