“Microsoft” korporasiyası oktyabrın 2də böyük tədbir keçirəcək


Digərləri 18 Sen 2019 07:21:00 328 0

“Microsoft” korporasiyası oktyabrın 2də böyük tədbir keçirəcək

"Microsoft" korporasiyası jurnalistlərə oktyabrın 2-də Nyu-Yorkda keçiriləcək tədbirinə dəvət məktubu göndərməyə başlayıb.   Son.az ictnews.az-a istinadən bildirir ki, ABŞ korporasiyası böyük ehtimalla "AMD" prosessoru ilə təchiz edilmiş "Surface Book" və "Surface Laptop" planşetlərinin yenilənmiş versiyasını təqdim edəcək. Həmçinin təxmin edilir ki, istehsalçı "Microsoft Centaurus" kod adına malik iki displeyli qeyri-adi qurğu və "Cortana" səs assistentinə malik "ağıllı" kolonka nümayiş etdirəcək.   Bundan başqa, "Windows Lite" əməliyyat sisteminin təqdimatı da gözlənilir. Bu sistemin yığcam qurğular üçün hazırlanacağı və sensor ekranlı qurğularla işləmək üçün optimallaşdırılacağı gözlənilir. Son.az

(adsgarden = window.adsgarden || []).push({});