Yezidin oğlunun mömin olması doğrudurmu?


Digərləri 17 Sen 2019 23:55:00 324 0

Yezidin oğlunun mömin olması doğrudurmu?

683-cü ildə lənətlik Yezidin ölümündən sonra oğlu Müaviyə xilafətə gətirildi. O, tarixdə II Müaviyə kimi tanınır. II Müaviyənin hakimiyyət illəri hicri 64-cü ilə (miladi 683-684-cü illərə) təsadüf etmişdir. Xilafətə gətirilən zaman 18-23 yaş arasında olduğu yazılır. Hakimiyyət müddəti barədə də fikirlər müxtəlifdir, 20 gündən dörd yaxud altı aya kimi hakimiyyətdə olduğu barədə məlumatlar vardır. Bəzi mənbələrə görə, o, xilafət taxtının babası Müaviyə və atası Yezid tərəfndən qəsb edildiyini, hakimiyyətin Əli övladlarına məxsus olduğunu etiraf etmiş və xəlifəlik kürsüsündən istefa vermişdi. Buna görə əyanlar və hətta anası tərəfindən şiddətlə qınandığını yazırlar. Özündən sonra vəliəhd qoymağa da razı olmamışdır. Bir nəzəriyyəyə görə, Mərvan ibn Həkəm tərəfindən zəhərlədilib ölmüşdür. II Müaviyədən sonra Əməvilər sülaləsinin Süfyanilər qolunun hakimiyyətinə son qoyuldu və xilafət Mərvanilər qoluna keçdi.

(adsgarden = window.adsgarden || []).push({});