Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?


Digərləri 17 Sen 2019 23:45:00 360 0

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Əvvəla, bu, vacib hökm deyil, müstəhəb (bəyənilən) tövsiyədir. İnsan bədənində sağ tərəf sol tərəfdən daha üstün sayılır. Ümumiyyətlə, sağ tərəf ağıl və məntiqi, haqqı, sol tərəf isə hissiyyatı, batili simvolizə edir. Ona görə yeməyi sağ əllə yeyir, üzüyü sağ əlimizin barmaşına taxır, sağ böyrümüz üstə yatırıq, ayaqyolunda özümüzü sol əllə yuyuruq, namazın oturuşunda sol ayağımızı sağ ayamızın altına qoyuruq. Ayaqyoluna girərkən əvvəlcə sol ayağı atmaq, çıxarkən sağ ayaqla çıxmaq müstəhəbdir. Əksinə, məscidə girərkən əvvəlcə sağ ayağı, çixanda isə sol ayağı qoymaq yaxşıdır.

(adsgarden = window.adsgarden || []).push({});