İsmayılovlar erməni casusun "qolları arasında" FOTO


Digərləri 17 Sen 2019 23:19:00 210 0

İsmayılovlar erməni casusun "qolları arasında"  FOTO

Son.az aznews.az-a istinadən Taleh Şahsuvarlının yazısını təqdim edir

Bir neçə saniyə diqqətinizi yuxarıdakı fotoya cəmləyin və şəkildəki xanımcığaza diqqətlə baxın. Çoxmu gözəldir? Əgər bu suala cavabınız müsbətdirsə, o zaman heç tələsməyin, mən sizə onun lap yaxşı vaxtlarına aid, necə deyərlər, əntiqə şəkillər də təqdim edəcəm.

Xanımcığaz Kristina Puşaudur. Bu ad sizə heç nə demir? Tanımırsınız? Vallah, doğrusu, heç mən də tanımırdım - dünənə qədər. Ta o dəqiqəyə qədər ki, keçmiş vəkil, Aslan İsmayılov kod adı ilə Azərbaycanda ictimai narazılığı körükləyəcəyini açıq şəkildə hər kəsə vəd etmiş məşhur avantürist öz Feysbuk səhifəsində onun haqqında danışanadək!

Aslan İsmayılov bildirmişdi ki, Gürcüstandan Ukraynaya iki soydaşımız səfər edib, orada Mixail Saakaşvilinin evində qonaq olub:

"Gürcüstanda fəaliyyət göstərən Yeni Liderlər Təşəbbüsü layihəsi 5 sessiyadan ibarət olaraq təxminən 1 ay davam edib. Təlimlərdə 600-yə yaxın iştirakçı, 5000-dən çox müraciət edən olub. Təlimlər və Saakaşvili ilə görüş Yeni Liderlər Təşəbbüsü qeyri-hökumət təşkilatının direktoru Kristina Puşau tərəfindən təşkil olunub. Təşkilatın azərbaycanlılar üzrə koordinatoru, həmçinin təlimlərdə mühazirə söyləyən Ziyəddin İsmayılovdur".

Ziyəddin Aslan İsmayılovun oğludur və ilk baxışda belə bir paylaşım öz övladının vətəndaş cəmiyyətinin inkişafında səmərəli rol oynamasından iftixar hissi keçirən atanın öz duyğularını izləyiciləri ilə bölüşməsi təəssüratı oyadır. Amma bu təəssürat Aslan İsmayılovu tanımayan, onun mahiyyətinə bələd olmayan sadəlövh insanlarda yarana bilərdi, məndə yox! Aslan İsmayılovun, yumşaq, çox yumşaq desəm, salamat adam olmadığını dəqiq bildiyimdən, paylaşımdakı "layihə" və "koordinator" sözlərini görən kimi ağlıma ermənilər gəldi. Aslan İsmayılov Azərbaycana, azərbaycanlılara, vətəndaş cəmiyyətinin inkişafı kimi idealist təşəbbüslərə qoşulan bir oğulla əsla və əsla qürur duymazdı. Bir el deyimini dəyişib desək, atası gəzən ağacı balası budaq-budaq gəzməli, ermənilərlə iş birliyi qurmalı idi.

Çox adam bilir ki, hələ 1989-cu ildə "Sumqayıt hadisələri" ilə bağlı imperiya prokuroru olaraq iştirak etdiyi məhkəmə prosesində o, ermənipərəst mövqe tutmuş, ermənilərə qarşı zorakılıq törətməkdə təqsirli bilinən bir çox soydaşımıza ölüm hökmü də daxil, ən ağır cəzalar istəmişdi. Lap yaxın günlərə qədər azərbaycanlı iş adamı, Xəmsə MMC-nin sahibi Mürvət Həsənlini Türkiyədəki "Emre Piliç" şirkətinin ortaqları olan ermənilərin etibarnaməsi əsasında divana çəkir, ancaq vəkil statusu olmadan hüquqi mübahisəni məhkəmədə deyil, sosial şəbəkədə söyüş, təhqir, böhtanla aparırdı.

Üçüncüsü, Aslan İsmayılovun fəaliyyətini gündəlik diqqətdə saxlayan bir jurnalist, siyasi təhlilçi olaraq adım kimi əmin idim ki, Ermənistan kəşfiyyatının trolları onu ciddi şəkildə dəstəkləyir və bu dəstək öncədən razılaşdırılmış fəaliyyət planı əsasında verilir. Elə bu səbəbdən də düşünürdüm və hətta yaxın dostlara da zaman-zaman deyirdim ki, cidanı çuvalda çox gizlətmək mümkün olmayacaq, bu barədə hər hansı ipucu üzə çıxacaq. Elə bu səbəbdən də Kristina Puşaunun adına "Armenia" yazaraq Quql axtarış sistemində düyməni basdım və... ŞOK! Daxili inamım bu xanımcığazın ermənipərəst olacağı, İrəvana səfər edib Azərbaycan əleyhinə nitqlər söyləyəcəyi yönündə idi, ancaq qarşıma elə bir fakt çıxdı ki...