O, nə üçün bir daha Aşuraya getmədi?


Digərləri 17 Sen 2019 21:55:00 231 0

O, nə üçün bir daha Aşuraya getmədi?

Daha bir Aşura geridə qaldı. Mərasimlərə qatılanlar da oldu, qatılmayanlar da, onlara biganə qalanlar da oldu, onlara qarşı çıxanlar və qamçılayanlar da oldu. Bir sözlə, bu günlər KİV, xüsusən də internet resursları və sosial şəbəkələr mövzuya dair müxtəlif səviyyəli və məzmunlu çıxışlarla bol idi. Mənim diqqətimi "Facebook"da yazılan bir status cəlb etdi. Fikir bildirməzdən əvvəl sözügedən mövqedən qısa çıxarışlara (daha doğrusu isə tərcüməsinə, çünki orijinal rus dilində idi) diqqət yetirək:

"Yaddaşımın dərinliklərində uşaqlıqdan, birotaqlı mənzilimzdən xatirələr qalıb... Düz 30 il əvvəl, səhər saat 5-də bu mənzildə valideynlərim məni və qardaşımı oyadırlar: bu gün Aşuradır, biz piyada "İmamzadə"yə getməliyik. Mən yuxuluyam və heç nə anlamıram, əlimdən tutub həyətə düşürürlər... Bu gün gülmək, əlləri sabunla yumaq, musiqi dinləmək olmaz, qəmlənmək, ağlamaq və özünün döymək lazımdır... "İmamzadə"yə yetişdikdə ilk gördüyüm şey gənclərin özlərini qayış və zəncirlə döymələri idi. Atam məni əlimdən tutdu və bu dairəyə yaxınlaşdırdı. Nə baş verdiyini və onların nə üçün belə etdiklərini anlamırdım... İllər keçdi və bütün bunlar mənim üçün tarixin bir parçasına çevrildi.... Yadımdadı, bir dəfə atam Bakıya gəlmişdi, o zaman deyəsən tələbə idim və məni Aşura qeyd olunan "Sovetski"dəki məscidə apardı. Bu, sonuncu dəfə idi və mən bir də heç zaman belə tədbirlərə getmədim..."

illi.Az islam.az-a istinadən bildirir ki, indi keçək mətləbə. Şəxsdən, fərddən asılı olmayaraq, ümumi deyim ki, belə hallar olub, var və yəqin ki, olacaq. Bu niyə baş verir? İlk baxışdan hər şey düzgündür, ata övladını yüksək, əbədiyaşar dəyərlərə ürcah eləmək istəyir. Amma nəticə tam tərsinə alınır. Niyə? Səhv haradadır, nədədir?..

Qoyulan suala cavab vermək üçün bu il Aşura məclisləri üçün Hacı Şahin Həsənlinin seçdiyi mövzunu xatırlatmaq, bilməyənlər uçün isə məlumat vermək istərdim. Bu 10 gündəki moizələrin məğzi belə idi: din insana zövq, ləzzət, kef verməlidir, insanın hər dəqiqəsi sevinclə yoğrulmalıdır. Ləzzət dindədir, dindən kənarda həqiqi, mütləq ləzəət yoxdur.

Bu tezisləri ilk dəfə eşidənlər bəlkə də təəccüblənəcək, bəlkə də buna bir üsyan yaranacaq qəlblərində. Amma inandırım ki, sözügedən günlər ərzində bu tezislər sübutunu tapdı və bu yazı həmin sübutları təkrarlamaq üçün uyğun deyil. İndi isə qayıdaq yuxarıda qeyd olunan uşaqlıq xatirələrinə. Səmimi deyək: onlarda bir ləzzət, kef, zövq sezilirmi? Məncə orada zərrə qədər müsbət emosiya, xoş ovqat yoxdur. Sanki hər şey qaraya bürünüb. Sadə dillə desək, acı xatirələr. Əslində, bu insanın din, İslam, bəlkə də Allah üçün itirilməsinin (ən azından indiki zaman üçün bu belədir, sonu nə olacaq, onu ancaq Yaradan bilir) əsas səbəbi də elə budur. Din, İslam, Aşura düzgün təbliğ və təqdim olunmayıb. Təbii ki, heç kim fərd olaraq məsuliyyətdən boyun qaçıra bilməz, Allah heç kimə hidayət əlini uzatmamış başlı-başına buraxmır. Ancaq razılaşaq ki, ilk təqdimatın böyük, hətta deyərdim ki, əvəzsiz rolu var.

(adsgarden = window.adsgarden || []).push({});