Dəstəmaz alan zaman su tüklərin dibinə çatdırılmalıdırmı?
Digərləri 17 Sen 2019 21:45:00 255 0
Əgər saqqalın tükləri o qədər qısa və ya seyrəkdirsə ki, sifətin dərisi görünür - bu halda tüklərin dibini və dərini tamamilə islatmaq lazımdır. Amma əgər saqqalın tükləri uzun olub sifətin dərisini örtübsə - bu halda saqqalı üstdən yumaq kifayət edər.
Başa məsh çəkərkən qısa və normal saçı olan adamın üstdən məsh çəkməsi kifayətdir, saçların dibini və başın dərisini islatmaq lazım deyil. Amma saç o qədər uzun olsa ki, darayanda sifətin bir hissəsini örtür - bu halda saçda tağ ayırıb ortasını məsh etmək, yəni suyu dəriyə çatdırmaq lazımdır. Bu, qadınlara və uzun saçlı kişilərə aiddir.
(adsgarden = window.adsgarden || []).push({});
Mənbə: milli.az