Əbu Abdullah kim olub?


Digərləri 17 Sen 2019 21:40:00 259 0

Əbu Abdullah kim olub?

Hədis kitablarının özünəməxsus üslubu var. Onları anlamaq üçün müəyyən terminləri və rəmzləri (şifrləri) bilmək lazımdır. Bəzən sənəd zəncirindəki şəxsin adı ləqəb və ya künyə şəklində göstərilir.

Son.az islam.az-a istinadən bildirir ki, bunları ayırd etmək, eyni və fərqli raviləri ayırmaq rical, cərhü-tədil, dirayə kimi xüsusi elmlərin mövzusudur. Şiə hədis kitablarında iki məsum imam "Əbu Abdullah" künyəsi ilə göstərilir. Bunlar İmam Hüseyn (ə) və İmam Cəfər Sadiqdir (ə). Daha çox İmam Sadiq (ə) bu künyə ilə xatırlanır. Hədisin sənəd zəncirinin ilk halqasında "Əbu Abdullah" künyəsi verilmişsə, əksər hallarda burada İmam Sadiqin (ə) nəzərdə tutulduğu qəbul edilir.

(adsgarden = window.adsgarden || []).push({});