Xərçəng xəstəliyinə səbəb olan şişlər – Xoş xassəli şişlər necə bəd xassəliyə çevrilir?


Digərləri 17 Sen 2019 21:05:00 268 0

Xərçəng xəstəliyinə səbəb olan şişlər – Xoş xassəli şişlər necə bəd xassəliyə çevrilir?

Ümumi olaraq toxumalardakı hüceyrə qruplarının idarə mexanizmini tərk etdikdə və normal olmayan şəkildə çoxalmasıyla yaranan hər hansı bir şişə xoş xassəli və ya bəd xassəli neoplazma toxuması deyilir. Neoplazma toxumasına şiş deyilməyinin səbəbi, yarandığı toxumada özünü şişkinlik formasında göstərməsidir.

Son.az medicina.az-a istinadən bildirir ki, normal orqanizmdə hüceyrə çoxalması müəyyən bir toxuma və ya xüsusi bir orqanın meydana gəlməsinə və bərpasına qədər davam edir. Ancaq şişli toxumalarda hüceyrələr, idarə mexanizmi xaricinə çıxararaq, sürətli mitoz bölünməylə, sərhədsiz və pərakəndə formada ehtiyac xaricində çoxalırlar.Şiş olan hüceyrələr arasında heç bir bənzərlik olmadığı kimi hər hansı əlaqə də yoxdur. Bu şəkildə inkişaf edən hüceyrələr müəyyən bir məna ifadə etməyərək inkişaf etdikləri toxumanın işini həyata keçirirlər.

17-ci əsrdən etibarən hüceyrələrin mikroskopla analizi şişlər haqqında daha əhatəli bilgilərə sahib olunmağa kömək edib. Dəyişik toxuma və orqanlarda görülən şişlərin böyümə sürəti, yayılma şəkilləri fərqlilik göstərdiyindən, istifadə edilən müalicə üsullarında da fərqlilik vardır.

Şiş bütün toxuma və orqanlarda əmələ gələ bilər. Bəd xassəli şişlərə xərçəng deyilir. Şiş, əmələ gəldiyi bölgədən yayılaraq başqa toxuma və orqanlara yayılırsa, buna bəd xassəli şiş deyilir. Bədəndə müəyyən toxuma və ya orqanda görülən bədxassəli şişin gələcəkdə bədənin digər toxuma və ya orqanlarına da yayılması baş verir. Bu prosesə metastaz deyilir. Yayılma  qanın sirkulyasiyası nəticəsində baş verir. Metastazlar ağciyər, qaraciyər və limfa vəzlərində daha çox aşkar olunur. Bədxassəli şişlər yarandığı yerdən kapsulaları ilə birlikdə tamamən çıxarılsa da, adətən təkrar eyni yerdə əmələ gəlir.

XOŞXASSƏLİ ŞİŞLƏRİN BƏDXASSƏLİ ŞİŞLƏRƏ ÇEVRİLMƏ EHTIMALI

Xoşxassəli şişlərin bədxassəli şişlərə çevrilmə ehtimalı var.

Bu barədə elə də çox danışılmasa da, bu növ şişlərin hansı hallarda bədxassəli şişə çevrilməsi ümumilikdə aydındır.

İnsan bədənində şişin əmələ gəlməsində genetik quruluş və ətraf mühit iddiaları çox az yerə sahibdir. Bunlardan əlavə yaşayış tərzi əsas yeri tutur. Çünki siqaret, içki, həddindən artıq çəki kimi idarəsi insanın özündən asılı olan meyarlar  insan quruluşunda passiv halda tapılan şiş hüceyrələrini aktiv hala gətirir. Bu səbəblə aşağıda göstərdiyimiz məsələlərə riayət olunarsa, şişin əmələ gəlmə riski müəyyən qədər azala bilər:

Siqaret çəkməmək

Sağlam bədən quruluşunu qorumaq

(adsgarden = window.adsgarden || []).push({});