Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb (ÖZƏL)


Digərləri 17 Sen 2019 21:08:51 185 0

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb (ÖZƏL)

Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı artıb.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı artıb. Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan şəkərli diabet xəstələrin sayı 255 470 olub. Bu say 2017-ci ildə 243 226, 2015-ci ildə 209 377, 2010-cu ildə 121 095, 2005-ci ildə 55 713 nəfər olub. 2018-ci ildə ölkədə 24 774 nəfərə ilk dәfә şəkərli diabet diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 9 825 olub.