Ballı piroqun hazırlanması Usta öz sirlərini açır


Digərləri 17 Sen 2019 20:34:00 361 0

Ballı piroqun hazırlanması  Usta öz sirlərini açır

Son.az Lent.az-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.

Bu dəfə sizi sosial şəbəkədə "Ağababa Ağababa" adı ilə məşhur olan səhifəyə istinadla ballı, cemli piroqun hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

650 qr un (200qr-lıq stəkanla 5 stəkan), 3 yumurta, 135 qr şəkər tozu (200qr-lıq stəkanla stəkanın başı 2 sm əskik), 135 ml bitki yağı (200qr-lıq stəkanın başı 2sm əskik), 200 qr bal (200qr-lıq stəkanın başı 2 sm əskik), çay qaşığının ucunda duz, 1 silə çay qaşığı çay sodası, 1 bağlama qabartma tozu, 2 bağlama şəkərli vanil.

Listin aralığı üçün 500 qr cem və ya bişmiş qatılaşdırılmış süd.

Hazırlanma qaydası:

Yumurtaları, şəkər tozu ilə çalırıq. Sonra içinə balı əlavə edib biraz qarışdırırıq. Daha sonra ayırdığımız duz və sodanı əlavə edirik. Bir az qarışdırıb, duru yağı qatırıq. Digər qabda un ilə qabartma tozunu qatıb, qarışıma əlavə edirik. Sonra xəmir yoğururuq. Xəmiri 3 bərabər hissəyə bölüb 3-4 mm qalınlığında düzbucaqlı formada yayırıq.

(adsgarden = window.adsgarden || []).push({});