Yekaterina Seleznyova bədii gimnastika üzrə dünya çempionatının halqa ilə hərəkətlərdə qızıl medalını qazanıb (ФОТО)


Digərləri 17 Sen 2019 20:37:50 271 0

Yekaterina Seleznyova bədii gimnastika üzrə dünya çempionatının halqa ilə hərəkətlərdə qızıl medalını qazanıb (ФОТО)

Rusiya gimnastı Yekaterina Seleznyova Bakıda bədii gimnastika üzrə dünya çempionatının qızıl medalını qazanıb.

Bakı. Cani Babayeva - Rusiya gimnastı Yekaterina Seleznyova Bakıda bədii gimnastika üzrə dünya çempionatının qızıl medalını qazanıb. Trend-in məlumatına görə, idmançı fərdi proqramda halqa ilə hərəkətlərdə 23,500 xal toplayıb. İkinci yeri Linoy Aşram (İsrail, 23.400 xal), üçüncü yeri Dina Averina (Rusiya, 23.350 xal) tutub. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.