Müğənniyə oxşamaq üçün 15 dəfə əməliyyat olundu


Digərləri 17 Sen 2019 20:07:00 245 0

Müğənniyə oxşamaq üçün 15 dəfə əməliyyat olundu

19 yaşlı ingiltərəli Oli Cənubi Koreyanın BTS pop-qrupunun fanatıdır.

Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, ancaq bu fanatlıq onda ifrad dərəcədə yüksək hal alıb. Belə ki, Oli qrupun solisti Ciminə oxşamaq üçün 15 plastik əməliyyat keçirib. Bu əməliyyatlara isə 125 min funt-sterlinq xərcləyib. 

"BTS 2013-cü ildə debüt edib. Onda mən Cənubi Koreyada yaşayırdım və onların çıxışına televizorda baxdım. Onların hamısına vuruldum. Amma Cimin ağlımı başımdan aldı", deyə Oli bildirib. 

İngiltərəyə qayıdan Oli plastik əməliyya başlasa da, nəticədən razı qalmayıb və bu yaya yenidən Cənubi Koreyaya üz tutub: 

"Koreyada əmin əllərdəyəm. Bilirəm ki, orada dünyanın ən yaxşı plastik cərrahları var. Həkimim də yaxşıdır". 

(adsgarden = window.adsgarden || []).push({});