Azərbaycanda abort edən qadınların sayı azalıb


Digərləri 17 Sen 2019 20:11:00 299 0

Azərbaycanda abort edən qadınların sayı azalıb

Azərbaycanda abort edən qadınların sayı azalıb.

Son.az Trend-ə istinadən bildirir ki, 2018-ci ildə ölkədə 36 141 abort (2017-ci ildə 37 618) qeydə alınıb.

Onların 815-i və ya 2,3 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib. 2018-ci ildə hər 1 000 fertil (15-49) yaşda olan qadına 13,7 abort düşüb.

Ölkədə ötən il hər 1000 nəfər fertil qadına düşən abortların sayı azalsa da, bu göstərici əvvəlki illərə nisbətən yüksəkdir. 2000-ci ildə hər 1000 nəfər fertil yaşda olan qadına 7,8 abort, 2010-cu ildə 9,9 abort düşüb.

2018-ci ildə edilən abortların 1 238-i 15-19 yaşlı qadınlarn payına düşür. Həmin abortların 40-ı 15-17 yaşlı, 1 198-i isə 18-19 yaşlı qadınlar tərəfindən edilib.