Metroda Milli Musiqi Günü qeyd ediləcək


Digərləri 17 Sen 2019 20:14:00 323 0

Metroda Milli Musiqi Günü qeyd ediləcək

"Bakı Metropoliteni" QSC 18 Sentyabr – Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək.

Bakı. Samir Əli - "Bakı Metropoliteni" QSC 18 Sentyabr - Milli Musiqi Gününü xüsusi layihə ilə qeyd edəcək. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə,konsert proqramı dörd stansiyada təqdim ediləcək: "Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-də sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramları təşkil olunacaq". Musiqi proqramına milli və klassik musiqi nümunələri daxildir. Budəfəki proqramda canlı musiqi "İçərişəhər", "Sahil", "28 May" və " Elmlər Akademiyası” stansiyalarında aşağıda göstərilən saatlarda səsləndiriləcək: - “İçərişəhər” stansiyası – saat 11:00-12:30;