Bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə finalçılar məlum olub


Digərləri 17 Sen 2019 18:57:15 175 0

Bədii gimnastika üzrə dünya çempionatında topla hərəkətlərdə finalçılar məlum olub

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının fərdi proqramında topla hərəkətlərdə finalçıların adı məlum olub

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında bədii gimnastika üzrə dünya çempionatının fərdi proqramında topla hərəkətlərdə finalçıların adı məlum olub. Trend-in məlumatına görə, finala Dina Averina (Rusiya, 23.700 xal), Arina Averina (Rusiya, 23.200 xal), Boryana Kaleyn (Bolqarıstan, 21.450 xal), Vlada Nikolçenko (Ukrayna, 21.400 xal), Milena Baldassarri (İtaliya, 21.300 xal), Nikol Zelikman (İsrail, 21.250 xal), Linoy Aşram (İsrail, 21.250 xal), Evita Qriskenas (ABŞ, 21.200 xal) çıxıblar. Azərbaycan gimnastları Zöhrə Ağamirova və Veronika Qudis finala vəsiqə qazana bilməyib. Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.