“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”


Kriminal 17 Sen 2019 18:21:00 202 0

“Əsgər yoldaşımı güllələyəndən sonra şokdaydım”

Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Penitensiar Xidmətin bölük komandiri Kazım Həsənovun məhkəməsi keçirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun icraatında olan prosesdə şahidlər dindirilib.

Kənan Məmmədov deyib ki, həftəsonları şəhərə çıxmaq üçün komandirlərə pul verib: "Pulu birbaşa Kazım Həsənova verməmişəm, hərbi hissəyə qayıdanda 40 manat pulu hərbi biletin içinə qoyub verirdim". 

K.Həsənov deyib ki, həmin ərəfədə əsgər Rauf Qasımzadə əsgər yoldaşı İlkin Tanrıverdiyevi güllələyərək yaralayıb: "Bu hadisədə mənim bir günahım yox idi. Amma bu işə görə dindirilən əsgərlərdən mənim əleyhimə təzyiqlə ifadə alıblar".