“Saber Junction - 19” təlimi davam edir (FOTO)


Digərləri 17 Sen 2019 18:28:39 208 0

“Saber Junction - 19” təlimi davam edir (FOTO)

İştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar.

Bakı. Almaniyanın “Hohenfels” təlim mərkəzində keçirilən “Saber Junction - 19” çoxmillətli briqada taktiki təliminin növbəti mərhələsində iştirakçılar qərargahların ərazidə açılması və fəaliyyətlərinin təşkili, eləcə də hərbi qərar qəbuletmə prosesinə başlayıblar. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, təlimdə iştirak edən hərbi qulluqçularımız müxtəlif relyefli ərazilərdən keçməklə qarşıya çıxan maneələrin və şərti düşmənin təxribat fəaliyyətlərinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetiriblər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin