Azərbaycan Prezidenti çilili həmkarını təbrik edib


Digərləri 17 Sen 2019 18:15:47 170 0

Azərbaycan Prezidenti çilili həmkarını təbrik edib

Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib.

Bakı. Prezident İlham Əliyev Çili Prezidenti Sebastian Pinyera Eçenikeyə təbrik məktubu göndərib. Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Çili arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin