Dmitri Nazarov klubunu dəyişə bilər


İdman 17 Sen 2019 18:00:00 257 0

Dmitri Nazarov klubunu dəyişə bilər

Azərbaycan millisinin və Aue-nin yarımmüdafiəçisi Dmitri Nazarov klubunu dəyişməyəcək.

Goal.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 29 yaşlı oyunçu komandası ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Bunu klubun sahibi Helqe Leonhardt da təsdiqləyib. O, Filipp Riese və Paskal Testroetdən sonra daha 4 oyunçuya yeni müqavilə təklifi etdiklərini söyləyib. Aue Nazarovla yanaşı, Tom Baumqart, Yan Hoxşaydt və Klemens Fandrixi heyətdə saxlamaq niyyətindədi. Adıçəkilən oyunçulardan yalnız sonuncunun sözləşməsi cari mövsümün sonuna qədərdisə, digərləri 2021-ci ilin yayına qədər "Aue"yə məxsusdur.

"Bu 4 oyunçu və onların menecerləri ilə danışıqlarımız son mərhələdədir. Onların hamısının müqavilə müddəti 2023-cü ilin yayına qədər uzadılacaq. Əgər nəyəsə nail olmaq istəyiriksə, xarakteri möhkəm olan güclü futbolçulara ehtiyacımız var. Bu oyunçular da istəyimizə uyğundu və yeni baş məşqçinin aparıcı futbolçularıdır", - deyə Helqe Leonhardt bildirib.

Xatırladaq ki, Dmitri Nazarov 2016-cı ildən Aue-də çıxış edir.