Tərtər sakinlərindən odlu silah götürüldü


Kriminal 17 Sen 2019 17:49:00 221 0

Tərtər sakinlərindən odlu silah götürüldü

Tərtər rayonunun Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun hər birindən 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Tərtər RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qapanlı kənd sakinləri E.Məmmədovun və R.Hümbətovun yaşadıqları evlərə baxış zamanı hər birindən 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov tüfəngi aşkar edilərək götürülüb.