Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib FOTO


Siyasət 17 Sen 2019 17:34:00 42 0

Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib  FOTO

Sentyabrın 17-də - yeni dərs ilində Ağsu və İsmayıllıda Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binaları istifadəyə verilib.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ağsu rayonunun Aratkənd kəndinin şagird və müəllimləri yeni tədris ilini kənd tam orta məktəbin yeni binasında qarşılayıblar. Təhsil müəssisəsini Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu inşa edib. Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva hər zaman məktəblərlə bağlı məsələlərin həllinin vacibliyini qeyd edib və qısa vaxt ərzində Azərbaycanda bir dənə də olsun təmirsiz məktəbin qalmayacağını bildiriblər. Mehriban Əliyevanın xüsusi nəzarəti altında bu istiqamətdə görülən işlər yeni tədris ilində ölkəmizin regionlarında yeni təhsil ocaqlarının istifadəyə verilməsi ilə təsdiqini tapıb.

Yeni məktəb binası 220 şagird üçün nəzərdə tutulub. Binada bütün inventar və avadanlıqla təchiz edilən sinif otaqları var və bu, təhsilin keyfiyyətini daha yüksək səviyyəyə qaldırmağa imkan verəcək.

Yeni tədris ilində istifadəyə verilən məktəb binalarından biri də İsmayıllının Gəraybəyli kəndindədir. Heydər Əliyev Fondu tərəfindən tikilən bu binada 360 şagird təhsil alacaq.

Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırıqları əsasında inşa edilən məktəb binaları müəllim və şagirdlərə yeni tədris ili hədiyyəsidir.

Məktəblərin kollektivinə və şagirdlərinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təbrikləri və salamları çatdırılıb.

Qeyd edək ki, son 15 ildə ölkədə 3 mindən çox məktəb binası tikilib və ya bərpa olunub. Dövlət bu məsələyə xüsusi diqqətlə yanaşır. Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin daha da yaxşılaşdırılmasına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə verdiyi töhfələr bu il də yüzlərlə şagirdin, müəllim və valideynin sevincinə səbəb olub.

Aygün yenidən Filipplə bir araya gələcək like
  • 17 Sen 17:29  
Şou-biznes Aygün yenidən Filipplə bir araya gələcək

Rusiyanın Xalq artisti Filipp Kirkorov yenidən Bakıda konsert verəcək.

arrow Ətraflı
Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu like
  • 17 Sen 17:26  
Digərləri Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün k

arrow Ətraflı
Cavanşir Məmmədov yol qəzasına düşüb like
  • 17 Sen 17:24  
Şou-biznes Cavanşir Məmmədov yol qəzasına düşüb

Əməkdar artist Cavanşir Məmmədov yol qəzasına düşüb.

arrow Ətraflı
Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub like
  • 17 Sen 17:19  
Digərləri Azərbaycanda 1496 ədəd yeni minik avtomobili istehsal olunub

2019-cu ilin yanvar-avqust aylarında Azərbaycanda maşın və avadanlıqların

arrow Ətraflı
Real-ın PSG ilə oyun üçün iştirak ərizəsi - HEYƏT like
  • 17 Sen 17:18  
İdman Real-ın PSG ilə oyun üçün iştirak ərizəsi - HEYƏT

Real Çempionlar Liqasının qrup mərhələsinin 1-ci tu

arrow Ətraflı
Sentyabrın 18-ə manatın məzənnəsi like
  • 17 Sen 17:14  
Digərləri Sentyabrın 18-ə manatın məzənnəsi

Sentyabrın 18-ə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Sumqayıtda ferma yanıb like
  • 17 Sen 17:14  
Digərləri Sumqayıtda ferma yanıb

Sumqayıtda ferma yanıb.

arrow Ətraflı
Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub like
  • 17 Sen 17:10  
Digərləri Bərpa olunan enerji mənbələrinin inkişaf istiqamətləri müzakirə olunub

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Yaponiyanın İTOCHU Koo

arrow Ətraflı
Dəmir arakəsmələr can alır, like
  • 17 Sen 17:09  
Digərləri Dəmir arakəsmələr can alır,

Yollarda hərəkətin təhlükəsizlik və hərəkət istiqamətlərini müəyy

arrow Ətraflı
AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar like
  • 17 Sen 17:07  
Siyasət AZƏRTAC və Tazpit gündəlik informasiya mübadiləsinə başlayıblar

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və İsrailin Tazpit agen

arrow Ətraflı
Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi like
  • 17 Sen 17:01  
Digərləri Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi, demək olar ki, h

arrow Ətraflı
Təyyarələrdə sərnişinlərə tütün məmulatları paylanacaq like
  • 17 Sen 16:55  
Digərləri Təyyarələrdə sərnişinlərə tütün məmulatları paylanacaq

Rusiyanın “Utair” aviaişirkəti uçuşlar zamanı sərnişinlərə tütün

arrow Ətraflı