Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu


Digərləri 17 Sen 2019 17:26:00 242 0

Mərdan Mehdiyev BDYPİ-nın Ekoloji Nəzarət Bölüyünün komandiri təyin olundu

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə yeni təyinat olub.

Bakı. Samir Əli - Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə yeni təyinat olub. Bu barədə Trend-ə açıqlamasında idarənin mətbuat xidmətinin rəhbəri, polis polkovnik-leytenantı Rüfət Quliyev deyib. Onun sözlərinə görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Nazirin əmri ilə polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ekoloji Nəzarət Bölüyünün komandiri vəzifəsinə təyin edilib. M.Mehdiyev daha əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin 3-cü tağım komandiri vəzifəsində çalışıb.