Neftçalada “Mitsubishi” aşdı:


Digərləri 17 Sen 2019 16:35:00 185 0

Neftçalada “Mitsubishi” aşdı:

Neftçala şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 16-da saat 14 radələrində Neftçala şəhəri ərazisində Astara rayon sakini Əliağa Cəfərov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.