Qaxda qəzada 5 nəfər xəsarət alıb


Digərləri 17 Sen 2019 16:53:00 233 0

Qaxda qəzada 5 nəfər xəsarət alıb

Qaxda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin kimliyi məlum olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu gün saat 14 radələrində Qaxın Qaratala kəndində yol qəzası baş verib. Kənddən mərkəzi yola çıxan Jiquli markalı avtomobil digər eyni markalı minik maşını ilə toqquşub. Hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralananlardan ikisi hadisə yerində tibbi yardım aldıqdan sonra evə buraxılıblar, digər 3 nəfər isə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Onlar Qax sakinləri 2002-ci il təvəllüdlü Süleymanlı Taleh Elman oğlu, 1987-ci il təvəllüdlü Nəzirova Səidə Kamal qızı və 2002-ci il təvəllüdlü İbrahimli Bəhlul Vahid oğludur.

Xəstəxanadan Trend-ə bildirilib ki, T.Süleymanlının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib, digər iki nəfər isə cərrahiyyə şöbəsindədir.