Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi


Digərləri 17 Sen 2019 17:01:00 226 0

Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi

Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi, demək olar ki, hər hansı bir qanun pozuntusuna yol verilmədi.

Bakı. Elçin Mehdiyev - Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi, demək olar ki, hər hansı bir qanun pozuntusuna yol verilmədi. Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, mərasimdə iştirak edən hər kəs öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib: “Hər kəs sərbəst şəkildə həmin dini mərasimlərdə iştirak etmək imkanı əldə etdi. Biz də Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə qanvermə aksiyasında iştirak etdik. Minlərlə Azərbaycan vətəndaşı qanvermə aksiyasında iştirak etməklə bu prosesdə həmrəylik nümayiş etdirdi”. M.Qurbanlı bəzi yerlərdə zəncirvurma hallarının baş verməsi ilə bağlı məlumatlara da münasibət bildirib: